CARZON, Amerika Birləşmiş Ştatlarının (Copart, IAAI) ən böyük avtomobil hərraclarından nəqliyyat vasitələrinin alınması, təhlükəsiz logistikası və Azərbaycana gətirilərək tam gömrüklənməsi sahəsində ixtisaslaşmış professional tərəfdaşınızdır.
İllərdir logistika və avtomobil sahəsində qazandığımız təcrübə sayəsində ABŞ daxili daşınmalardan tutmuş, okean aşırı konteyner yükləmələrinə qədər hər bir prosesi mükəmməl şəkildə idarə edirik. Okeanın o tayından Bakı portuna qədər olan bütün çətin və bürokratik mərhələləri sizin adınızdan tam şəffaf idarə edə biləcək komandaya sahibik.
Əsas hədəfimiz, ABŞ-dan avtomobil gətirmək istəyən hər bir şəxsə mürəkkəb logistika və gömrük proseslərini unutdurmaqdır. Müştərilərimizə heç bir gizli xərc çıxarmadan, rəsmi API məlumatlarına və real qiymətlərə əsaslanan dürüst, sürətli və tam güvənli bir avto-logistika xidməti təqdim etmək bizim ən böyük missiyamızdır.
Biz sadəcə avtomobil daşımırıq; we ilk saniyədən avtomobili təhvil alacağınız günə qədər tam şəffaflıq zəmanəti veririk. Doğru ştatlardan doğru portlara optimallaşdırılmış logistik xəritəmiz sayəsində həm vaxta, həm də büdcənizə qənaət edirik. Real vaxt rejimli hesablama alətlərimizlə hər bir qəpiyin hara xərcləndiyini dəqiq bilirsiniz.